...

"Unibank" kredit şərtlərini dəyişdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2014 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may /Trend/

İndi Unibank-dan kredit almaq əsl bayram əhvalı yaradır. Çünki bank 28 May - Respublika Günü ilə bağlı kredit şərtlərini dəyişdi.

Mayın 27-də "Unibank" filialına gələn hər bir müştəriyə kreditlərdə xüsusi güzəştlər ediləcək: kredit proseduru üzrə komissiya 0%, nağdlaşdırma üzrə komissiya 0%, üstəlik, kredit götürən hər bir müştəriyə 10 000 AZN-dək balansı olan ALBALI PLUS kartı hədiyyə. Kampaniya 1 günlükdür və mayın 27-də bankdan nağd kredit götürən bütün müştərilər üçündür.

İndi Unibank-dan götürülən hər 1000 manat kreditə görə, aylıq ödəniş faiz və əsas borc daxil olmaqla cəmi 31 manatdan başlayır. Kreditin maksimal məbləği 10 000 AZN təşkil edir. Üstəlik, Unibank-dan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası davam edir. Bank filiallarına müraciət edən müştərilər cəmi 20 dəqiqə ərzində kredit ala bilirlər.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əməkhaqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əməkhaqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, Unibank-dan 10 000 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti