...

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 May 2014 12:06 (UTC +04:00)
İyunun 4-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək.
Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir E.Əliyev/

İyunun 4-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəsmi saytında çərşənbə günü yerləşdirilmiş məlumatda bildirilir.

"Tədbir Rusiyanın Udmurtiya Respublikası və Kaluqa vilayətinin nümayəndə heyətlərinin ölkəyə səfəri çərçivəsində keçirilir. Azərbaycanlı sahibkarlar tədbirdə iştiraka dəvət olunurlar".
Rusiya MDB-də Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Azərbaycanda Rusiya kapitallı 570 şirkət fəaliyyət göstərir.

2013-cü ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi 10 faizdən çox artaraq 2,6 milyard dollara yaxın olub. Cari ilin 4 ayı ərzində onun həcmi 584,08 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti