...

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında yeni inkişaf istiqamətləri müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2014 15:52 (UTC +04:00)
Kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ilə görüşüb.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə FAO arasında yeni inkişaf istiqamətləri müəyyən olunub

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq perspektivlərinin, o cümlədən Azərbaycanda ənənəvi taxılçılıq təsərrüfatlarının təkmilləşdirilməsi, konsepsiya sənədinin müzakirəsi və görüşün nəticələrinə dair protokolun imzalanması olub.

Dostluq və işgüzar şəraitdə keçən görüşdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verilib və Kənd Təsərrüfatı Nazirliyi ilə Birləşmiş Millətlər Təşkilatının qurumları arasında movcud əməkdaşlıq və onun gələcək inkişaf perspektivləri müzakirə olunub.

Nazir BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə mövcud əməkdaşlığı yüksək qiymətləndirib, yeni inkişaf istiqamətlərinin müəyyən olunduğunu nəzərə çatdırıb.

Nazir Heydər Əsədov taxılçılıq sahəsində əməkdaşlığın prioritet bir sahə olduğunu, ənənəvi taxıl sortları barədə məlumat bazasının yaradılmısının, qorunub saxlanılmasının, toxumçuluq bazasının yaradılmasının və ən başlıcası elektron kənd təsərrüfatı sisteminin qurulmasının vacibliyini qeyd edib.

Antonius Bruk səmimi qəbula görə təşəkkürünü bildirib, keçirilən bu görüşün kənd təsərrüfatı strategiyasının hazırlandığı bir vaxta təsadüf etdiyini bildirərək bu strategiyanın hazırlanmasında müxtəlif beynəlxalq təşkilatların iştirakını müsbət qiymətləndirib. Antonius Bruk iki mühüm məsələ - elektron kənd təsərrüfatı sisteminin və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığa dair təkliflərin hazırlanmasını, bu məqsədlə yeni görüşlərin keçirilməsini və işçi qrupunun yaradılmasını məqsədəuyğun hesab edib.

Yekunda görüşün nəticələrinə dair protokol imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti