...

Azərbaycanda pambıq istehsalçısının səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2014 17:14 (UTC +04:00)
Dövlət Əmlak Məsələləri Komitəsi "Ağcabədi-Pambiq" ASC-nin səhmlərinin 29,96 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
Azərbaycanda pambıq istehsalçısının səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Z.Qurbanova/

Dövlət Əmlak Məsələləri Komitəsi "Ağcabədi-Pambıq" ASC-nin səhmlərinin 29,96 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Trend-in məlumatına görə, bu barədə Komitənin "Mülkiyyət" qəzetində dərc olunmuş məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri, eləcə də əcənəbi sərmayəçilər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər pambıq emalının təkmilləşdirilməsi və satışının genişləndirilməsinə dair təklifləri, mövcud tikili, qurğu və avadanlıqların təmiri və yeniləşdirilməsinə dair təklifləri özündə birləşdirən investisiya proqramı, eləcə də dövlət büdcəsinə 165 min manat vəsaitin daxil edilməsinə dair təklif təqdim etməlidirlər.

İddiaçının niyyətlərinin ciddiliyini təsdiqi üçün istənilən bankın 50 min manat məbləğində zəmanət məktubu təqdim etməlidir.

Müəssisənin istismar müddəti 1953-1992-ci illərdir. ASC-nin ştatı 3 işçidən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyənlər hər gün saat 10:00-dan 17:30-dək iyulun 1-dən Bakı şəhəri, Y.Səfərov küçəsi, 50 ünvanından əlavə məlumat ala bilərlər.

Təkliflərin qiymətləndirilməsi 3 iyul saat 15:00-da Dövlət Komitəsinin binasındakı Müsabiqə komissiyası tərəfindən həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti