...

"Excelsior Hotel & Spa Baku" oteli böyük ekranda "2014 FIFA World Cup Brazil" futbol yarışlarını izləməyə dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2014 11:05 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” oteli tamaşaçıları “2014 FIFA World Cup Brazil” futbol yarışlarını açıq havada hovuz ətrafında quraşdırılmış böyük ekranda yüksək keyfiyyətdə və canlı izləməyə dəvət edir.
"Excelsior Hotel & Spa Baku" oteli  böyük ekranda "2014 FIFA  World Cup Brazil" futbol  yarışlarını izləməyə dəvət edir

Azərbaycan, Bakı, 4 iyun /Trend/

"Excelsior Hotel & Spa Baku" oteli tamaşaçıları "2014 FIFA World Cup Brazil" futbol yarışlarını açıq havada hovuz ətrafında quraşdırılmış böyük ekranda yüksək keyfiyyətdə və canlı izləməyə dəvət edir. Futbol yarışlarını açıq hovuzun ətrafında izləmək üçün biletin qiyməti 15 AZN təşkil edir. Biletin qiymətinə bir sərinləşdirici içki daxildir. Futbol yarışlarının böyük ekranda nümayişinin cədvəli "Excelsior Hotel & Spa Baku" otelinin facebook səhifəsində yerləşdiriləcək.

Hovuz ətrafında olan kafe və bar, "Green House" restoranı qonaqlara Turk mətbəxin zəngin menyusu ilə xidmət göstərir. Otel şəhərin mərkəzində olmasına baxmayaraq bu məkan gözəl, mənzərəli bir yerdir və avtomobillərin saxlanılması üçün ödənişsiz böyük dayanacağa malikdir.

"2014 FIFA World Cup Brazil" futbol yarışlarını istirahət edərək izləmək istəyənlər biletləri "Excelsior Hotel & Spa Baku" otelindən əldə edə bilərlər. Ətraflı məlumat üçün "Excelsior Hotel & Spa Baku"-nun 496-80-00 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Qeyd edək ki, "Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 "İmperial "- lyuks, "Royal"- lyuks, 4 "Crown"-lyuks , 45 "Heritage" - deluks, 9 "Duke" - standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti