...

Bu il Düşənbədə Azərbaycan iş adamlarının iştirakı ilə biznes forumun keçiriləcəyi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2014 15:27 (UTC +04:00)
Azərbaycanın Tacikistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıblar.
Bu il Düşənbədə Azərbaycan iş adamlarının iştirakı ilə biznes forumun keçiriləcəyi gözlənilir

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir S.Əhmədova/

Bu il Düşənbədə azərbaycanlı iş adamlarının iştirakı ilə biznes forumun, Azərbaycan sənaye məhsullarının sərgisinin təşkili, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq, eləcə də birbaşa hava reysinin açılması məsələləri Tacikistan İqtisadi İnkişaf və Ticarət Nazirliyində nazir, Azərbaycan-Tacikistan iqtisadi-ticarət, mədəni əməkdaşlıq məsələləri üzrə hökumətlərarası komissiyanın həmsədri Şarif Rahimzoda ilə Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov arasında keçirilən görüşdə müzakirə olunub.

Azərbaycanın Tacikistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıblar.

Tərəflər, həmçinin geologiya, hidroenergetika (kiçik SES-lərin tikintisi), Azərbaycan investisiyasının (dövlət və özəl) Tacikistan iqtisadiyyatına qoyulması kimi sahələrin ayrı-ayrı aspektlərinə dair fikir mübadiləsi aparıblar.

Görüşdə hər iki ölkənin prezidentləri arasında yüksək səmimi münasibətlərin olması məmnunluq hissi ilə vurğulanıb, bu amilin iki ölkə arasında münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün müsbət şərait yaratdığı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti