...

Azərbaycanın aparıcı bankının Müşahidə Şurasının rəhbərliyində yenidən dəyişiklik olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2014 13:42 (UTC +04:00)
Elçin İsayev yenidən “Bank of Baku” ASC-nin Müşahidə Şurasına sədr təyin edilib. Trend-bu barədə cümə axşamı bankın saytına istinadən məlumat verir.
Azərbaycanın aparıcı bankının Müşahidə Şurasının rəhbərliyində yenidən dəyişiklik olub

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir Z.Qurbanova/

Elçin İsayev yenidən "Bank of Baku" ASC-nin Müşahidə Şurasına sədr təyin edilib. Trend-bu barədə cümə axşamı bankın saytına istinadən məlumat verir.

Cari ilin mart ayında səhmdarların ümumi yığıncağının yekdil qərarına əsasən, Elmir Həbibullayev bankın Müşahidə Şurasının üzvü və sədri seçilmişdi. Bundan başqa Şuranın üzvlərinin - bankın səhmdarı Elçin İsayevin və səhmdarın səlahiyyətli nümayəndəsi İbrahim Məmmədovun səlahiyyəti növbəti 3 il uzadılmışdı. E.İsayev bankın Müşahidə Şurası sədrinin baş məsləhətçisi vəzifəsinə təyin edilmişdi. Bankın İdarə Heyətinin sədr müavini Eldar Həmidov Müşahidə Şurasının yeni üzvü seçilmişdı.

E.Həbibullayev əvvəlki kimi Azərbaycan Beynəlxalq Bankının baş direktorudur. Beynəlxalq Bankdan Trend-ə bildiriblər ki, o, vəzifəsinin icrasına "Bank of Baku"-nun Müşahidə Şurasının sədri vəifəsinə təyin edilən zaman da davam edib.

Qeyd edək ki, "Bank of Baku"-nun Müşahidə Şurasının sədri və üzvlərinin maksimum səlahiyyət müddəti 3 ildir və müddət başa çatdıqdan sonra onların səlahiyyətlərinin uzadılması məsələsinə baxılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti