...

İqtisadiyyat və sənaye naziri Ağdamda vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2014 17:01 (UTC +04:00)
İyunun 11-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ağdamda Ağcabədi, Xocavənd və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadiyyat və sənaye naziri Ağdamda vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 9 iyun /Trend/

İyunun 11-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ağdamda Ağcabədi, Xocavənd və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Ağdam Olimpiya İdman Kompleksində (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Yuxarı Qarabağ regional bölməsi (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, əlaqələndirici şəxs Aslan Aslanov, əlaqə telefonu: (050) 235-01-06, (02631) 5-50-01, faks: (02631) 5-50-01, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti