...

PAŞA Bank kiçik və orta biznesə xidmət göstərən üçüncü biznes-mərkəzi açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2014 10:57 (UTC +04:00)
İyunun 6-da PAŞA Bankın yeni Biznes-mərkəzi açıldı. Bankdan Trend-ə bu gün verilən məlumata görə, biznes-mərkəzin fəaliyyəti kiçik və orta biznes nümayəndələri ilə işə yönəldilib.
PAŞA Bank kiçik və orta biznesə xidmət göstərən üçüncü biznes-mərkəzi açdı

Azərbaycan, Bakı, 10 iyun /Trend/

İyunun 6-da PAŞA Bankın yeni Biznes-mərkəzi açıldı. Bankdan Trend-ə bu gün verilən məlumata görə, biznes-mərkəzin fəaliyyəti kiçik və orta biznes nümayəndələri ilə işə yönəldilib.

PAŞA Bankın yeni Bölmələrində biznes-bankinqin fərqləndirici xüsusiyyəti təkcə sərfəli şərtlərlə, minimum tələb olunan sənədlər paketi əsasında və onların baxılmasına minimum vaxt sərf etməklə geniş spektrli maliyyə məhsullarının təqdim edilməsindən ibarət olmayacaq. Bununla bərabər, kiçik biznes nümayəndələrinə iri korporativ müştərilərə göstərdiyi səviyyədə yüksək xidmət və fərdi yanaşma təqdim olunacaq.

Bankın yeni Bölməsi Nizami rayonu, Qara Qarayev pr., 125a ünvanında yerləşir ("Xalqlar Dostluğu" metrosu yaxınlığında).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti