Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Z.Qurbanova/
2014-cü ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 5,996 milyard manat təşkil edib. Bu barədə Trend-ə BFB-dən məlumat verilib.
Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı təqribən 3,96 milyard manat (79,4 faiz artım) təşkil edib. Korporativ qiymətli kağızlar bazarının dövriyyəsi isə 2,04 milyard manat (9,2 faiz artım) olub.
Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2014-cü ilin yanvar-may ayları):
Bazarın seqmentləri |
31.05.2014 |
31.05.2013 |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
Korporativ istiqrazlar - (yerləşdirmə) |
986 303 740.00 |
42 |
26 812 001.00 |
36 |
3678,59% |
Korporativ istiqrazlar - (təkrar bazar) |
330 196 441.32 |
114 |
42 733 224.71 |
56 |
772.69% |
Səhmlər - (yerləşdirmə) |
719 201 022.60 |
533 |
147 670 667.10 |
157 |
487.03% |
Səhmlər - (təkrar bazar) |
1 749 295.03 |
1630 |
3 593 042.79 |
1 573 |
48.69% |
KQK bazarı cəmi |
2 037 450 498.95 |
2 319 |
220 808 935.60 |
1 822 |
922.72% |
Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2014-cü ilin yanvar-may ayları):
Bazarın seqmentləri |
31.05.2014 |
31.05.2013 |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
Dİ (AR MN) - (yerləşdirmə) |
44 097 097.20 |
15 |
28 538 243.24 |
17 |
154.52% |
Dİ (AR MN) - (təkrar bazar) |
10 725 700.90 |
8 |
8 933 627.52 |
3 |
120.06% |
Notlar (AR MB) - (yerləşdirmə) |
99 923 373.40 |
33 |
164 947 425.88 |
63 |
60.58% |
Notlar (AR MB) - (təkrar bazar) |
292 815 909.11 |
21 |
43 955 612.02 |
4 |
666.16% |
Repo əməliyyatları |
3 511 240 467.51 |
285 |
1 960 852 780.61 |
176 |
179.07% |
DQK bazarı cəmi |
3 958 802 548.12 |
362 |
2 207 227 689 |
263 |
179.36% |
İxtisarlar:
Dİ - dövlət istiqrazları
AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı
DQK - Dövlət qiymətli kağızları
KQK- Korporativ qiymətli kağızları