...

Azərbaycan və BMT gələcək əməkdaşlıq haqqında sənədin hazırlanması üçün işçi qrup yaradacaqlar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2014 11:59
Azərbaycan və BMT bu ilin dekabrında imzalanacaq gələcək əməkdaşlıq haqqında "2016-2020-ci illərdə Azərbaycan və BMT arasında əməkdaşlığın çərçivələri" sənədinin hazırlanması üçün işçi qrup yaradacaqlar.
Azərbaycan və BMT gələcək əməkdaşlıq haqqında sənədin hazırlanması üçün işçi qrup yaradacaqlar (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Z.Qurbanova/

Azərbaycan və BMT bu ilin dekabrında imzalanacaq gələcək əməkdaşlıq haqqında "2016-2020-ci illərdə Azərbaycan və BMT arasında əməkdaşlığın çərçivələri" sənədinin hazırlanması üçün işçi qrup yaradacaqlar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk Bakıda sənədin müzakirələrinə həsr edilmiş konfransda deyib.

Onun sözlərinə görə, hazırlıq çərçivəsində əsas hədəf gələcək əməkdaşlığın potensial prioritetlərinin müəyyən edilməsi üçün birgə xidmətlərin göstərilməsidir: "Bu mərhələdən sonra sentybarın sonlarında Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin həmin nəticələri müzakirə etməsi üçün iyun-avqusta qədər səmərəli çərçivələrin formalaşmasından ötrü birgə qrupun yaradılması vacibdir. Və artıq dekabradək əməkdaşlıq çərçivəsində növbəti sənədin qəbul edilməsi və imzalanması lazımdır".

Öz növbəsində, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, Azərbaycan bütün mümkün istiqamətlərdə BMT ilə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir: "Azərbaycanın əldə etdiyi uğurlar və inkişafının hazırkı səviyyəsi BMT-nin müvafiq strukturları ilə gələcək əməkdaşlığı zəruri edir. Ona görə də bu sənədi çərçivələr deyil, əməkdaşlıq strategiyası adlandırmaq doğru olardı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti