...

Bank Standard SmartBank internet bankçılıq xidmətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2014 13:50 (UTC +04:00)
Bank Standard SmartBank internet bankçılıq xidmətini təqdim edir
Bank Standard SmartBank internet bankçılıq xidmətini təqdim edir

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Bank Standard SmartBank internet bankçılıq xidmətini təqdim edir. Bank Standardın internet bankçılığının əsas xüsusiyyətləri rahatlıq və çoxfunksiyalılığıdır. Belə ki, SmartBank ilə bankda edilən standart əməliyyatları birbaşa mobil cihaz və kompüterlərdən etmək mümkündür. Şəxsi hesabların, kartların, əmanətlərin idarə edilməsi, pul köçürmələri, xidmətə görə ödənişlər və s., - bu SmartBank internet bankda hal-hazırda mümkün olan xidmətlərin qısa siyahısıdır.

SmartBank sistemində bu günə 2 tarif mövcuddur: Basic və Premium. Bu tariflərdən birini seçərək, siz, MasterCard Standard və ya MasterCard Gold debet kartlarından birinin sahibi ola biləcəksiniz. Debet kartlar pulsuz verilir.

SmartBank internet bankçılıq xidmətindən istifadə edənlər aşağıdakı üstünlükləri əldə edirlər:

Asan qoşulmaq imkanı - sadəcə, Bank Standardın istənilən filialına yaxınlaşın;

2 ay ərzində pulsuz sınaq istifadə imkanı;

Pulsuz SMS-bildirişlər və mobil bankçılıq;

Bank daxilində hesablar arasında pulsuz köçürmələr;

Qeydiyyat zamanı 30 dəqiqədən 60 dəqiqəyədək pulsuz danışıq vaxtı əldə etmək imkanı;

Bank Standard terminallarında nağd pulun 0% komisyonla çıxarılması;

Bank Standard bankomatlarından və MilliOn terminallarından hesablara və kartlara pulun qoyulması;

Kartların kuryer ilə çatdırılması;

SmartBankın və texniki dəstək xidmətinin 24 saat ərzində fəaliyyət göstərməsi;

İnternet brauzer və mobil proqram dəstəyi.

SmartBank xidmətindən Bank Standardın yeni və mövcud müştəriləri istifadə edə bilərlər.

Xidmətə qoşulmaq üçün Bank Standardın istənilən filialına müraciət etmək kifayətdir.

Daha ətraflı məlumatı 158 nömrəsinə zəng edərək və ya Bank Standardın rəsmi saytından öyrənmək olar https://bankstandard.com/az/services/internet-bank/.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti