...

Azərbaycan və RF Samur çayı üzərində körpünün inşası üzrə "yol xəritəsi" hazırlayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2014 17:20 (UTC +04:00)
Azərbaycan və Rusiya Samur çayı üzərində sərhəd körpüsünün tikintisi üzrə “yol xəritəsi” hazırlayıblar.
Azərbaycan və RF Samur çayı üzərində körpünün inşası üzrə "yol xəritəsi" hazırlayıblar

Azərbaycan, Qəbələ, 24 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

Azərbaycan və Rusiya Samur çayı üzərində sərhəd körpüsünün tikintisi üzrə "yol xəritəsi" hazırlayıblar. Trend-in məlumatına görə, bu barədə Rusiya nəqliyyat nazirinin müavini Sergey Aristov Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası forumunun yekunu üzrə plenar iclasda çıxış edərkən deyib.

O, qeyd edib: "Ekspertlərimiz layihənin reallaşdırılması üzrə tarix, vəzifələr və bütün lazımi sənədlər daxil olmaqla "yol xəritəsi"ni hazırlayıblar".

S.Aristov bildirib ki, iki ölkə arasında çox sabit dəmiryol əlaqəsi qurulub: "Dünya yükdaşımasında müəyyən böhran hallarına baxmayaraq, iki ölkə arasında dəmiryol nəqliyyatı üzrə daşımalarda artım var. Cari ilin I rübündə 22 min sərnişin və təqribən 250 min ton yük daşınıb".

Onun sözlərinə görə, forum çərçivəsində "dəyimir masa"da Azərbaycan, Rusiya və İran arasında yeni dəmiryol xəttinin tikintisi üzrə üçtərəfli layihə ilə bağlı məsələlər müzakirə edilib: "Bu layihənin əsas məqamlarının reallaşdırılmasına az qalıb".

Bundan başqa, nazir müavini əlavə edib ki, Bakı və Həştərxan arasında reysin bərpa edilməsi məsələsi müzakirə edlib: "Rusiya tərəfdən buna qarşı maneə yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti