...

Azərbaycan sahibkarları Qazaxıstanda sərgiyə dəvət olunurlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyun 2014 12:34 (UTC +04:00)
2014-cü ilin sentyabrında Qazaxıstanın Uralsk şəhərində "WestKazInvest-2014" sərgi-forumu keçiriləcək.
Azərbaycan sahibkarları Qazaxıstanda sərgiyə dəvət olunurlar

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir Emin Əliyev/

2014-cü ilin sentyabrında Qazaxıstanın Uralsk şəhərində "WestKazInvest-2014" sərgi-forumu keçiriləcək. Bu barədə Trend İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir.

Forum çərçivəsində regionun, qonşu vilayətlərin və ölkələrin müəssisə və innovativ layihələrinin sərgisi təşkil ediləcək.

Azərbaycan sahibkarları tədbirdə iştiraka dəvət olunurlar.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycan və Qazaxıstan arasında əmtəə dövriyyəsi 132,94 milyon dolları ötüb. Bu dövrdə Azərbaycana idxal 118,36 milyon dollar təşkil edib. İlin əvvəlindən Qazaxıstana 14,58 milyon dollar dəyərində Azərbaycan məhsulu ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti