...

Unibank-dan DİN əməkdaşları və dənizçilərin peşə bayramına hədiyyə

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2014 15:44 (UTC +04:00)
Unibank-da düz 5 gün davam edən komissiyasız kredit kampaniyası başladı. İyulun 1-dən 5-dək davam edən komissiyasız kredit aksiyası məxsusi olaraq Daxili Işlər Nazirliyinin (DİN) və Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları üçün nəzərdə tutulub.
Unibank-dan DİN əməkdaşları və dənizçilərin peşə bayramına hədiyyə

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Unibank-da düz 5 gün davam edən komissiyasız kredit kampaniyası başladı. İyulun 1-dən 5-dək davam edən komissiyasız kredit aksiyası məxsusi olaraq Daxili Işlər Nazirliyinin (DİN) və Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları üçün nəzərdə tutulub.

"Unibank" DİN əməkdaşları və dənizçilərin peşə bayramlarını xüsusi kampaniya ilə təbrik edir. Kampaniya dövründə DİN və Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları öz şəxsiyyət vəsiqələri və gəlirlərini təsdiq edən sənəd (iş yerlərindən arayış və ya əməkhaqqı kartından son 6 ayın çıxarışı) ilə istədikləri "Unibank" filialına yaxınlaşaraq komissiyasız kredit götürə bilərlər. Üstəlik, hər bir müştəriyə ALBALI PLUS kartı hədiyyə olunacaq.

İndi Unibank-dan götürülən hər 1000 manat kreditə görə aylıq ödəniş, faiz və əsas borc daxil olmaqla, cəmi 31 manatdan başlayır. Kreditin maksimal məbləği 10.000 AZN təşkil edir. Unibank-dan kredit götürən müştərilərə 6%-dək endirim kampaniyası da davam edir. Və üstəlikŞ nağd kredit alan müştərilərə Albal PLUS kartı pulsuz hədiyyə edilir. Bank filiallarına müraciət edən müştərilər cəmi 20 dəqiqə ərzində kredit ala bilirlər.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və gəlirlərini təsdiq edən sənədi (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əməkhaqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə Unibank-dan 10.000 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti