...

Qazaxıstan biznesi "Bakı-Tbilisi-Qars" dəmir yoluna maraq göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2014 12:18 (UTC +04:00)
"Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı regionda ticarət əlaqələrinin inkişafına təkan verəcək və Qazaxıstan biznesi bu layihəyə böyük maraq göstərir.
Qazaxıstan biznesi "Bakı-Tbilisi-Qars" dəmir yoluna maraq göstərir

Qazaxıstan Astana, 7 iyul /Trend, müxbir Yelena Kosolapova/

"Bakı-Tbilisi-Qars" dəmir yolunun açılışı regionda ticarət əlaqələrinin inkişafına təkan verəcək və Qazaxıstan biznesi bu layihəyə böyük maraq göstərir. Trend-in məlumatına görə, bu barədə azərbaycanlı jurnalistlərə müsahibəsində Qazaxıstan XİN-in MDB departamenti direktorunun müavini Kadır Kasabulatov bildirib.

Onun sözlərinə görə, Qazaxıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ildən-ilə artır: "2013-cü ilin yekunları üzrə iki ölkə arasında ikitərəfli əmtəə dövriyyəsi 434,3 milyon dollar təşkil edib ki, bu da 2012-ci ildə olduğundan 11,2 faiz çoxdur. Bu arada Qazaxıstan ixracının həcmi 361,2 milyon dollar olub. Ölkədə idxal 73,1 milyon dollar təşkil edib. Cari ilin yanvar-may aylarında Qazaxıstan ilə Azərbaycan arasında əmtəə dövriyyəsi Qazaxıstandan 131 milyon dollar həcmində ixrac və 19 milyon dollar idxal daxil olmaqla 150 milyon dollara çatıb".

Kasabulatov xatırladıb ki, Qazaxıstandan Azərbaycana ixrac olunan ənənəvi mallar mineral ehtiyatlar, kimyəvi xammal, buğda, arpa, tütün məmulatı, karbonlu polad, elektik avadanlıqlarıdır. Azərbaycandan Qazaxıstana neft məhsulları, polimerlər, maşın hissələri və mexanizmlər, inşaat konstruksiyaları idxal olunur.

XİN nümayəndəsinin sözlərinə görə, Azərbaycan və Qazaxıstan ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdirlər, lakin hazırkı əmtəə dövriyyəsi mövcud potensiala cavab vermir. Və bu istiqamətdə işləri aktivləşdirmək lazımdır. Eyni zamanda o qeyd edib ki, ticari-iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiya bu sahədə əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir. Ötən il Bakıda komissiyanın 10-cu iclası keçirilib. Orada energetika, tranzit-nəqliyyat potensialı, kənd təsərrüfatı, təhsil, turizm və mədəniyyət məsələləri müzakirə edilib.

Kasabulatov bu il komissiyanın iclasının Astanada keçirilməsinin planlaşdırıldığını qeyd edib. Tarix hələlik razılaşdırılmayıb.

Habelə o qeyd edib ki, indi Azərbaycan ilə Qazaxıstanın qərb regionları arasında əlaqələr aktivləşdirilir və Qazaxıstan regionlarının hakimiyyət və biznes nümayəndələrinin azərbaycanlı həmkarları ilə görüşləri müntəzəm olaraq keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti