...

Azərbaycanın qiymətli kağızlar bazarda hesablaşmalar yeni üslubda aparılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2014 12:59 (UTC +04:00)
01 iyul 2014-cü il tarixindən etibarən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) dəstəyi ilə Milli Depozit Mərkəzində (MDM) qiymətli kağızlar ilə mütəşəkkil bazarda bağlanmış əqdlər üzrə hesablaşmaların yeni üslubda aparılmasına start verilib.
Azərbaycanın qiymətli kağızlar bazarda hesablaşmalar yeni üslubda aparılacaq

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

01 iyul 2014-cü il tarixindən etibarən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) dəstəyi ilə Milli Depozit Mərkəzində (MDM) qiymətli kağızlar ilə mütəşəkkil bazarda bağlanmış əqdlər üzrə hesablaşmaların yeni üslubda aparılmasına start verilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi QKDK-nın saytında dərc edilmiş xəbərdə deyilir.

Yeni hesablaşma sistemi dövlət qiymətli kağızları ilə ilkin bazar əqdləri və REPO əməliyyatları ticarətdən əvvəl qiymətli kağızların və pul vəsaitlərin bloklaşdırılması əsasında T (ticarət günü) zamanında aparılacaqdır. Eyni zamanda korporativ qiymətli kağızlarla ilkin bazar və təkrar bazar əqdləri üzrə qiymətli kağızların ticarətdən əvvəl bloklaşdırmaqla, qiymətli kağızların və pul vəsaitlərinin T+1 ( əlavə bir iş günü) zamanında təchiz edilməsi şərtilə hesablaşmaların aparılması nəzərdə tutulur.

Qeyd olunan yeni prinsiplərin tətbiqi qiymətli kağızlar bazarında hesablaşmaların təkmilləşdirilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına, bazarda əqdlərin həcminin artmasına, bazara yeni xarici və yerli investorların cəlb olunmasına şərait

Məqalədə:
Xəbər lenti

Xəbər lenti