...

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2014 14:23 (UTC +04:00)
İyulun 15-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında dərc edilmiş xəbərdə deyilib.
Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

İyulun 15-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında dərc edilmiş xəbərdə deyilib.

Məlumatda bildirilib: "Tədbir Rusiya Federasiyasının Tomsk vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəyə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək. Azərbaycanlı sahibkarlar forumda iştiraka dəvət olunurlar".

Rusiya MDB-də Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Son illər Azərbaycanın Rusiya iqtisadiyyatına yatırdığı birbaşa investisiyaların həcmi 1 milyard ABŞ dollarından artıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti