...

Market Meyker müqaviləsi çərçivəsində görülən işlər artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2014 12:01 (UTC +04:00)
Bir neçə ay öncə Bakı Fond Birjası QSC (BFB) ilə InvestAZ şirkəti arasında Foreks və CFD alətlərinin likvidliyinin təmin edilməsi üzrə müqavilə imzalanmışdır.
Market Meyker müqaviləsi çərçivəsində görülən işlər artır

Azərbaycan, Bakı, 14 iyul /Trend/

Bir neçə ay öncə Bakı Fond Birjası QSC (BFB) ilə InvestAZ şirkəti arasında Foreks və CFD alətlərinin likvidliyinin təmin edilməsi üzrə müqavilə imzalanmışdır.

Bu müqavilə çərçivəsində BFB və InvestAZ şirkəti artıq 3 bankla iki tərəfli müqavilələr imzalayaraq onlarla sözü gedən maliyyə alətləri üzrə likvidlik təminatçısı kimi iştirak etməyə başlamışdır. Artıq banklar əməliyyatların nə qədər şəffaf və hesablaşmaların nə qədər rahat və etibarlı şəkildə reallaşdığının da şahidi olurlar. Bank müştəriləri tərəfindən bu məhsula maraq getdikcə artır və yüksək xidmətin nəticəsi olaraq onların bazarda qalıcılıq müddəti də bir o qədər uzanır. Bu yeni növ xidmətin verilməsi artıq banklar üçün digər bank məhsullarının yanında alternativ gəlir mənbəyinə çevrilməyə və öz xüsusi çəkisini artırmağa başlayıb. Belə ki, son 3 aylıq dövriyyə təqribən 1 milyard ABŞ Dolları ekvivalenti dəyərində ölçülür.

Qeyd: Həcmlər 1:100 kredit dəstəyini nəzərə almaqla hesablanmışdır.

InvestAZ şirkəti qeyd edir ki, işlər davam etdirilir və digər banklarla da mütəmadi görüşülərək danışıqlar aparılır. Sözsüz ki, hər bir bank istər məhsul çeşidinin artırılması, istərsə də gəlirlərin diversifikasiyası nöqteyi nəzərindən bu xidməti verməyin üstünlüyünü dərk edirlər. Gələcəkdə InvestAZ bu platforma vasitəsi ilə digər maliyyə alətlərinin, məsələn beynəlxalq strukturlaşdırılmış fərq müqavilələri üzrə likvidliyinin təmin olunmasının mümkünlüyünü önə çıxarır.

Qeyd edək ki, Müqaviləyə əsasən InvestAZ şirkəti BFB tərəfindən təqdim edilən MetaTrader 4 ticarət platformasında foreks maliyyə alətləri, həmçinin qiymətli metal və digər əmtəələr üzrə fərq müqavilərinin bağlanılması zamanı likvidliyin təminatçısı (market meyker) qismində çıxış edir.

Bununla da, BFB tərəfindən təqdim edilən yeni platformada likvidlik təminatçısı tərəfindən ilkin olar 47 valyuta cütlüyü və 3 fərq müqaviləsi üzrə gündəlik olaraq alış və satış kotirovkaları təqdim edilir və InvestAZ gündəlik 24/5 rejimində sifarişləri qəbul edərək, əqdləri icra etməkdə öhdəlik daşıyır. Qeyd edək ki, bağlanılmış əqdlər üzrə hesablaşmaların likvidlik təminatçısı tərəfindən ölkə daxilində aparılması nəzərdə tutulmuşdur.

BFB-nin təqdim etdiyi ticarət platforması Azərbaycanda FOREX ticarəti üzrə yeni standartları müəyyən edilir. Bu yenilik beynəlxalq maliyyə bazarlarlarında da maraqla qarşılanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti