...

İrandan Azərbaycana ixrac azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2014 10:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

İran martın 21-dən avqustun 23-dək olan beş aylıq müddət ərzində Azərbaycana 188,252 milyon dollar dəyərində mal ixrac edib ki, bu da ixracın bundan əvvəlki ilin eyni dövrü ilə müqayisədə (İranda maliyyə ili martın 21-dən başlayır) 15,81 faiz azaldığını göstərir.

Bu dövrdə İran Azərbaycana 1,094 milyon ton yük ixrac edib. Bu göstərici ötən ilin eyni dövründəkindən 11,98 faiz azdır. Trend xəbər verir ki, bu barədə İranın gömrük administrasiyasının sentyabrın 2-də dərc edilmiş məruzəsində deyilir.

İran bu dövrdə Azərbaycandan 11,394 milyon dollar dəyərində mal idxal edib. Bu göstərici ötən maliyyə ilində olduğundan 40 faiz çoxdur.

Beş aylıq dövrdə İran və Azərbaycanın ticarət balansı 176,850 milyon dollar təşkil edib, ötən ilin eyni dövründə bu göstərici 214,553 milyon dollar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti