...

Azərbaycan yeni gəmilər alıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2014 17:19 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yeni yedək-təchizat və yük gəmiləri alıb.
Azərbaycan yeni gəmilər alıb  (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Emil İsmayılov/

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC yeni yedək-təchizat və yük gəmiləri alıb.

Trend QSC-yə istinadən məlumat verir ki, Sinqapurun "Pacc Offshore Services Holding Ltd" şirkətinin nəzarəti altında inşa olunan yedək-təchizat gəmisinin texniki imkanları onun Xəzərin Azərbaycan sektorundakı iri dəniz neft-qaz layihələri, o cümlədən "Şahdəniz-2", "Şəfəq-Asiman", "Abşeron Faza-1" layihələri çərçivəsində nəzərdə tutulan işlərə cəlb olunmasını mümkün edir.

DP-2 sistemi ilə təchiz edilən, dartma qüvvəsi təxminən 210 at gücündə olan yedək-təchizat gəmisi texniki göstəricilərinə görə Xəzərdə birincidir.

Gəmiyə Azərbaycanın qədim şəhərlərindən olan Lənkəranın adı veriləcək.

Alqı-satqısı başa çatdırılan digər nəqliyyat vasitəsi isə Rusiya Federasiyasına məxsus gəmiqayırma müəssisəsinin istehsalı olan quru yük gəmisidir. Dedveyti 5490 ton olan gəminin uzunluğu 108,3 metr, eni 16,5 metr, suya oturumu 4,79 metrdir.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyacaq bu gəmi Qara dəniz, Aralıq dənizi və digər hövzələrdə yükdaşıma əməliyyatlarına cəlb ediləcək.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC 2013-cü ilin oktyabrında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən yaradılıb.

QSC-nin nizamnamə kapitalı səhmlərin hər birinin nominal dəyəri 1 manat olmaqla 383 420 621 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti