...

“Expressbank” pul köçürmə üzrə aksiyanın qalibini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2014 12:14 (UTC +04:00)
Expressbank 21 iyul – 10 sentyabr 2014-cü il tarixləri arasında Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli Köçürmələr“ adlı aksiya keçirib.
“Expressbank”  pul köçürmə üzrə aksiyanın qalibini elan edib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend/

Expressbank 21 iyul - 10 sentyabr 2014-cü il tarixləri arasında Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə "Hədiyyəli Köçürmələr" adlı aksiya keçirib.

Trend çərşənbə günü banka istinadən xəbər veriri ki, aksiyanın qalibi, ən çox bonus qazanaraq Sumqayıt filialının müştərisi İ.Səfərov seçilib. Qalibə Samsung Galaxy Note 3 smartfonu təqdim olunub.

Aksiyanın şərtlərinə görə Expressbank filiallarında pul göndərən və ya alan müştərilərə Pul Kart bank kartı hədiyyə olunub. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanıb. Bundan başqa müştərilərə həmçinin müxtəlif suvenirlər də təqdim olunub.

Qeyd edək ki, pul köçürmə xidmətlərini Expressbank-ın filiallarında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti