...

Yaponiya hökuməti Azərbaycanda içməli su layihələri üzrə 200 min dollardan çox vəsait ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2014 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Sentyabrın 29-da Yaponiyanın Azərbaycandakı səfirliyində "Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəzin kəndində içməli su təchizatı sisteminin tikintisi" və "Ağstafa rayonunun Köçvəlili kəndində içməli su təchizatı sisteminin tikintisi" layihələri üzrə iki qrant müqaviləsinin imzalanma mərasimi keçiriləcək.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sözügedən mərasimdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşinin və Mill Məclisin deputatları Eldar İbrahimov, Məlahət İbrahimqızı, Nizami Cəfərov, Naxçıvan Muxtar Respublikasının Bakı çəhərində Daimi nümayəndəliyinin nümayəndəsi ülşən Mehdiyeva və Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyevin iştrakı gözlənilir.

Bu layihələr üzrə qrant müqavilələrini Yaponiya tərəfindən səfir T.Takahaşi və Azərbaycan tərəfindən isə "Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəzin kəndində içməli su təchizatı sisteminin tikintisi" layihəsi üzrə Culfa rayonu Ərəzin kənd bələdiyyəsinin sədri Əbülfəz Ağayev, "Ağstafa rayonunun Köçvəlili kəndində içməli su təchizatı sisteminin tikintisi" layihəsi üzrə qrant müqaviləsini isə "Gənclərin Sosial Problemlərinin Həllinə Yardım" İctimai Birliyinin sədri Anar Aslanov imzalayacaqlar.

Bu, səfirliyin Ağstafa rayonunda ilk layihəsidir və layihənin ümumi dəyəri 103,092 ABŞ dolları təşkil edir.

Hər iki layihənin əsas məqsədi yeni su təchizatı sistemi inşa etməklə kənd sakinlərinin içməli suya olan ehtiyacını təmin etməkdir.

Hazırkı layihə də daxil olmaqla bu vaxta qədər Naxçıvan Muxtar Respublikasında 2 layihə üzrə qrant müqaviləsi imzalanıb:

İl

Layıhənin adı

Qrantın məbləği

(ABŞ dolları)

2006

Naxçıvan Muxtar Respublikasının baytarlıq laboratoriyasının quş qripinə qarşı mübarizə üçün profilaktik bacarıqlarımı gücləndirmək

60,827

2014

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ərəzin kəndində içməli su təchizatı sisteminin tikintisi

103,080

Cəmi

163,907

Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı" bələdiyyələr, tibb institutları və QHT-lərin birbaşa məqsədi Azərbaycan xalqının yaşayış standartlarının yaxşılaşdırılması olan layihələrini dəstəkləyir. Bu tipli layihələr yoxsulluğun azaldılması, sosial müdafiə, infrastruktur, səhiyyə və gəlirlərin yüksəldilməsi ilə əlaqədar sahələrdə həyata keçirilə bilər. Hazırkı layihə ilə bərabər bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 188, ümumi dəyəri isə 15,821,126 ABŞ dolları təşkil edir.

Yaponiyanın Azərbaycana ayırdığı İnkişaf üçün Rəsmi Yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə etməklə, ümumi məbləği artıq 1 milyard ABŞ dollarını keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti