...

Azərbaycanın BMT ilə tərəfdaşlığının yeni strategiyası ilin sonunadək təsdiqlənəcək (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2014 15:31 (UTC +04:00)
Azərbaycanla BMT arasında 2016-2020-ci illəri əhatə edən çərçivə sənədi (UNAPF) bu ilin sonunadək təsdiqlənəcək. Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk bildirib.
Azərbaycanın BMT ilə tərəfdaşlığının yeni strategiyası ilin sonunadək təsdiqlənəcək (FOTO)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycanla BMT arasında 2016-2020-ci illəri əhatə edən çərçivə sənədi (UNAPF) bu ilin sonunadək təsdiqlənəcək. Trend xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk bildirib.

A.Bruk qeyd edib ki, bu gün UNAPF çərçivəsində tərəfdaşlığın növbəti strategiyasının prioritet sahələrinin təsdiqlənməsi üzrə konfransın gedişində dövlət strukturlarının, beynəlxalq qurumların, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə məsləhətləşmələr keçirildi: "Son 3 ay ərzində sənəd konfransın gedişində səsləndirilən təkliflər nəzərə alınaraq yenidən hazırlanacaq".

Konfrans Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən BMT ilə hökumətin əməkdaşlığının prioritet münasibətlərinin müzakirəsi məqsədilə təşkil olunub.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Azərbaycan iqtisadiyyatının vəziyyəti haqqında məlumat verərək deyib ki, ölkədə makroiqtisadi sabitlik təmin olunur. Qeyd olunub ki, son illər Azərbaycanda yürüdülən uğurlu sosial-iqtisadi siyasət nəticəsində mühüm vəzifələrdən biri rəqabətqabiliyyətli, ixracyönümlü, çoxsahəli və innovasiyalı iqtisadiyyatın formalaşdırılmasıdır.

Onun sözlərinə görə, Azərbaycan hökuməti beynəlxalq qurumlarla, o cümlədən BMT-nin strukturları ilə əməkdaşlığa xüsusi diqqət ayırır.

S.Həsənovanın qeyd etdiyi kimi, Azərbaycan hökuməti beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin qurumları ilə əməkdaşlığa xüsusi önəm verir və 2014-cü il 12 iyun tarixində Bakıda keçirilmiş Birgə Strateji Prioritetləşdirmə Konfransından sonra 2016-2020-ci illəri əhatə edən UNAPF sənədinin hazırlanmasına başlanılıb. O, "Azərbaycanda 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi üzrə milli məsləhətləşmələrin nəticəsində müəyyən edilmiş prioritetlərin "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olduğunu qeyd edib, UNAPF çərçivəsində 2020-ci ilə qədər nəzərdə tutulan əməkdaşlığın İnkişaf Konsepsiyasının prioritetləri nəzərə alınmaqla hazırlandığını bildirib.

Tədbirdə UNAPF-nin Nəticələr Qruplarının üzvlərinin "İqtisadi inkişaf və layiqli iş yerlərinin artırılması", "İnstutisional potensialın gücləndirilməsi və səmərəli dövlət xidmətləri", "Ətraf mühit və antropogen fəlakətlərə qarşı dayanıqlıq" mövzusunda təqdimatları dinlənilib.

Konfransda BMT İnkişaf Proqramının eksperti Roberto Bernardo 2014-cü ilin sonunadək UNAPF sənədinin yekunlaşdırılması məqsədilə Nəticələr Qrupları və İstiqamətləndirici Komitə tərəfindən təkliflərin yaxın müddətdə təqdim olunmasının vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti