...

IOU xüsusi minnətdarlıq müsabiqəsi Azərbaycanda

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2014 17:37 (UTC +04:00)
Dünya şöhrətli şotland viskisi olan "Grant’s" #IOU (I Owe You) adlı yeni qlobal kampaniya çərçivəsində Azərbaycanda fotomüsabiqəyə start verir.
IOU xüsusi minnətdarlıq müsabiqəsi Azərbaycanda

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Dünya şöhrətli şotland viskisi olan "Grant's" #IOU (I Owe You) adlı yeni qlobal kampaniya çərçivəsində Azərbaycanda fotomüsabiqəyə start verir.

Trend-in məlumatına görə, müsabiqənin şərtlərinə əsasən, iştirakçılar #IOU heşteqi ilə həyatlarına xüsusi bir rəng qatan insanla birgə "facebook"da şəkil yerləşdirməlidirlər. Bu, valideyinlər, dostlar və ya kolleqalar ola bilər. Şəkilin təsvirində müsabiqə iştirakçısı şəkil çəkdirdiyi insana nəyə görə minnətdar olduğunu ifadə etməlidir.

Müsabiqənin yekunlarına görə, oktyabrın 15-dək ən çox "like" yığan 20 iştirakçı "Grant's" qarışıq viskisi hədiyyə alacaq. İlhamlandırıcı təsvir yazan digər 20 iştirakçı isə minnətdarlığını bildirən insanlarla birgə oktyabrın 16-da "Baku Jazz Center"də keçiriləcək "#IOU Launch Party" qapalı əyləncə gecəsinə dəvət alacaqlar.

Gecənin xüsusi qonağı "Grant's" viskisinin Rusiyadakı brend-ambasadoru Nikita Borodin olacaq.

Xatırladaq ki, #IOU Afrika, Asiya, Avropa, Şimali və Latın Amerikasının 40-dan çox ölkəsində 25 sentyabr tarixində həyata nümayiş keçirilib. Qısametrajlı filmi 2015-ci ilədək sosial şəbəkələrdə və onlayn mediada bir sıra tədbirlər müşayiət edəcək. #IOU çarxı (https://www.youtube.com/watch?v=Kh1-4yc0OiE&feature=youtu.be) həyatda bir-birinə dəstək olan güclü və müvəffəqiyyətli bir qrup dostu göstərir. Film düşünməyə əsas verən bir sualla bitir: "Əgər siz həyatda heç kimə və heç nəyə minnətdar olmadan çox şeyə nail olmusunuzsa, doğrudanmı siz çox şeyə nail olmusunuz?"

"William Grant & Sons Ltd" - şotland viskisi və digər tünd alkoqollu içkilər istehsal edən müstəqil şotland ailə müəssisəsidir. Azərbaycanda istehsalçı növbəti brendlərlə təmsil olunur: "Glenfiddich", "The Balvenie", "Tullamore D.E.W.", "Grant's". Azərbaycanda brendin rəsmi distribüteri "Qafqaz Industry" şirkətidir. Əlavə məlumatı www.williamgrant.com internet səhifəsində əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti