Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Azad Həsənli/
Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.
Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir ki, noyabrın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasının iqtisadiyyat və maliyyə naziri Davit Baladzenin rəhbərliyi ilə biznes nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək.
Biznes forumda tikinti və turizm sahələri təmsil edən Gürcüstan şirkətləri iştirak edəcəklər.
Tədbir zamanı Acarıstanın biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək və iş adamlarını maraqlandıran suallar cavablandırılacaq.