...

Expressbank 35 günədək faizsiz kredit xətti təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2014 11:54 (UTC +04:00)
Expressbank müştərilərə kredit xətti xüsusiyyətlərinə malik Expresso kredit məhsulunu təqdim edib.
Expressbank 35 günədək faizsiz kredit xətti təklif edir

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Expressbank müştərilərə kredit xətti xüsusiyyətlərinə malik Expresso kredit məhsulunu təqdim edib.

Məhsulun şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman, məbləği 35 günədək qaytardıqda (növbəti ayın 5-də) faiz hesablanmır. Növbəti ayın 5-dən etibarən kredit borcuna 22%-dən başlayaraq illik dərəcəsi ilə faiz hesablanır və hesablanmış faizlər həmi ayın sonunda ödənməlidir.

Qeyd edək ki, ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. Expressbank bankomatlarında nağdlaşma komissiyası 1% təşkil edir. Müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən pulsuz kartın maksimal məbləği 10000 AZN təşkil edir.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 100-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti