...

Bakıda və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2014 18:49 (UTC +04:00)
Bu gün Bakıda “Öz biznesinə başla” mövzusunda distant təlim keçirilib. Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş təlim müasir informasiya texnologiyalarına əsaslanıb.
Bakıda və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Bu gün Bakıda "Öz biznesinə başla" mövzusunda distant təlim keçirilib. Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş təlim müasir informasiya texnologiyalarına əsaslanıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Arans iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox sahibkar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər iştirak edib.

Təlimdə biznesin əsasları, biznesin təşkili prinsipləri, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Həmin gün Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

"Menecment" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında təşkil edilmiş treninqdə menecmentin mahiyyəti, insan resurslarının idarə edilməsi, nazirlik tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, növbəti distant təlim dekabrın 18-də Bakıda "Layihələrin idarə edilməsi" mövzusunda keçiriləcək. Distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.gov.az saytında yerləşdirilir. Sahibkarlar və menecerlər elanda qeyd olunan linkə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti