...

"İlin Şirkəti" mükafatının laureatları elan olundu (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2014 10:00 (UTC +04:00)
“İlin Şirkəti” Milli mükafatı üzrə 2014-cü ilin laureatları dekabrın 10-da “Jumeirah Bilgah Beach” mehmanxanasında keçirilən təntənəli mərasimdə elan olundu.
"İlin Şirkəti" mükafatının laureatları elan olundu (FOTO)

"İlin Şirkəti" Milli mükafatı üzrə 2014-cü ilin laureatları dekabrın 10-da "Jumeirah Bilgah Beach" mehmanxanasında keçirilən təntənəli mərasimdə elan olundu.

Laureatlar arasında iri maliyyə institutları və sənaye şirkətləri ilə yanaşı, öz fəaliyyətində böyük uğurlar qazanmış telekommunikasiya və tikinti şirkətləri, pərakəndə ticarət şəbəkələri, avtomobil idxalçıları, ölkənin tanınmış kiçik və orta sahibkarlıq müəssisələri, həmçinin media-strukturlar da var. "İlin Şirkəti - 2014" mükafatının qaliblərinin hamısını bir prinsip birləşdirir - dinamik inkişaf, maliyyə şəffaflığı, müştəriyə hədəflənmək və gəlirlə işləmək.

Mükafatlandırma mərasimində çıxış edən "İlin Şirkəti" mükafatının təşkilat komitəsinin rəhbəri İbrahim Baharov qeyd etdi ki, 2014-cü ildə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda böyük sıçrayış və irəliləyişlər baş verdi. Onun sözlərinə görə, məhz bu səbəbdən də bütün qalib-şirkətlər qeyri-neft sektorunu təmsil edir: "Biz onların bütün nailiyyətlərini nəzərə alaraq və ən əsası, qayda və ənənələrimizə uyğun olaraq laureatların seçimini çox ciddi şəkildə apardıq".

İ.Baharov hesab edir ki, bütün mükafat alan şirkət və brendlər bu və ya digər şəkildə bir-biriləri ilə əməkdaşlıq edirlər: "Azərbaycan biznesinin elitası kimi, "İlin Şirkəti" mükafatının laureatlarının uğurları, ilk növbədə, milli iqtisadiyyatın çoxşaxəli və düzgün istiqamətdə inkişaf etdiyini göstərir".

Qeyd edək ki, "İlin Şirkəti" mükafatı 2000-ci ildə nüfuzlu işgüzar jurnal - "Consulting&Business" tərəfindən təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti