...

Polşa Azərbaycanla əlaqələri daha da genişləndirmək istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2014 19:00 (UTC +04:00)
Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski ilə görüşüb.
Polşa Azərbaycanla əlaqələri daha da genişləndirmək istəyir

Azərbaycan, Bakı, 15 dekabr /Trend/

Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Polşa arasında əlaqələrin inkişaf etdiyini, qarşılıqlı səfərlərin və yüksək səviyyəli görüşlərin əməkdaşlığın genişləndirilməsində xüsusi rolunu qeyd edib, Polşa nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya fəaliyyət göstərir, iş adamlarının iştirakı ilə birgə biznes-forumlar və işgüzar görüşlər keçirilir, ticarət dövriyyəsinin dinamik artımı müşahidə edilir. Ölkə iqtisadiyyatı barədə məlumat verən Azərbaycanın iqtisadiyyat və sənaye naziri qeyri-neft sektorunun inkişafının prioritet olduğunu vurğulayıb: "Azərbaycanda sənayenin inkişafına xüsusi diqqət yetirilir, yeni sənaye müəssisələri, istehsal sahələri yaradılır. Sənaye parklarının və məhəllələrinin yaradılması bu sahədə müasir avadanlıq və texnologiyaların tətbiqinə, ixrac potensialının artmasına yeni imkanlar açır".

Ş.Mustafayev sənaye ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib və bu imkanlardan səmərəli istifadənin Azərbaycan-Polşa iqtisadi əməkdaşlığının inkişafında əhəmiyyətini vurğulayıb.

O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, münaqişənin regional inkişafa əsas maneə olduğunu diqqətə çatdırıb.

Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Y.Pexoçinski səmimi qəbula görə təşəkkür edib, Azərbaycan iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafının Polşa tərəfində yüksək təəssürat yaratdığını vurğulayıb. Azərbaycanın əldə etdiyi iqtisadi uğurlara görə nümunə olduğunu qeyd edən Y.Pexoçinski ölkəsinin Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib.

Görüşdə iqtisadi əlaqələrin genişlənməsinə, kənd təsərrüfatı, sənaye parklarının, aqroparkların təşkili sahəsində əməkdaşlığa, birgə biznes-forumların, işgüzar görüşlərin keçirilməsinə və s. dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti