...

"Zaminbank"ın "Universal" filialı yeni ünvanda

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2015 14:40 (UTC +04:00)
"Zaminbank" ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq Universal filialı yeni ünvanda fəaliyyat göstərəcək.
"Zaminbank"ın "Universal" filialı yeni ünvanda

Azərbaycan, Bakı, 8 yanvar /Trend/

"Zaminbank" ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq Universal filialı yeni ünvanda fəaliyyat göstərəcək. Bu barədə Trend-ə bankdan bildirilib.

Bakı şəhəri, A.Cəlilov küçəsi, 26 ünvanında yerləşən "Universal" filialı fiziki və hüquqi şəxslərə əsasnaməsində nəzərdə tutulan və bankın lisenziyası ilə icazə verilmiş aşağıdakı bank əməliyyatlarını həyata keçirir:

- Tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;
- Kreditlərin (təminatlı və/və ya təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi və digər kreditləşmə növləri;

- Fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması;

- Hesablaşma - kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi;

- Ödəniş vasitələrinin (o cümlədən, kredit və debet kartlarının) buraxılması;

- Öhdəliklərin icrasına təminatların, o cümlədən, qarantiyaların verilməsi və öz hesabına va ya müştərinin hesabına akkreditivlərin açılması;

- Kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi.

Filial fiziki şəxlərə hesab açmadan "Caspian Money Transfer", "Western Union", "Contact" və "Inter Express" sürətli pulköçürmə sistemləri üzrə köçürmələr həyata keçirir.
Həmçinin filial kommunal xidmətlər (qaz, enerji, su) və mobil operatorlar (Azercell, Bakcell, Nar Mobile) üzrə ödənişləri qəbul edir.
Tel.:(994 12)496-85-79
Faks:(994 12)496-91-95

Məqalədə:
Xəbər lenti

Xəbər lenti