...

Expressbank-ın "Zolotaya Korona" üzrə aksiyası davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2015 15:53 (UTC +04:00)
"Expressbank" "Zolotaya Korona" təcili pulköçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri“ adlı aksiya keçirir.
Expressbank-ın "Zolotaya Korona" üzrə aksiyası davam edir

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

"Expressbank" "Zolotaya Korona" təcili pulköçürmə sistemi ilə birgə "Hədiyyəli pul köçürmələri" adlı aksiya keçirir.

Bankdan Trend-ə verilən məlumata görə, aksiya 28 fevral 2015-ci il tarixinədək davam edəcək.

Aksiyanın şərtlərinə görə "Expressbank" filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 AZN olmaqla ən çox köçürmə edənlər isə smartfon qazana biləcəklər.

Qeyd edək ki, pul göndərən və ya alan müştərilərə, həmçinin Pul Kart bank kartı hədiyyə olunur. Bu karta hər təcili pulköçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

Qeyd edək ki, pulköçürmə xidmətlərini Expressbank-ın filiallarında həyata keçirmək mümkündür. Bank Western Union, Zolotaya Korona, Contact, Lider, Caspian Money Transfer və Monex sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomatı, 5000-dək POS-terminalı və 140-dək ExpressPay ödəniş terminalı var.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi "facebook" səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti