...

Ötən il Azərbaycanda 7700-ə yaxın müəssisə yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2015 18:55 (UTC +04:00)
2014-cü ildə Azərbaycanda 7679 müəssisə yaradılıb.
Ötən il Azərbaycanda 7700-ə yaxın müəssisə yaradılıb

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

2014-cü ildə Azərbaycanda 7679 müəssisə yaradılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, yeni müəssisələrin 57,4 faizi Bakıda, 9,8 faizi Aran, 7,9 faizi Abşeron, 7,0 faizi Lənkəran iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Azərbaycan Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ildə 75 126 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Abşeron, Lənkəran, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti