...

Çexiya iş adamları Azərbaycan bazarını öyrənəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2015 11:02 (UTC +04:00)
Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka İqtisadiyyat və Sənaye Nazirliyində olub.
Çexiya iş adamları Azərbaycan bazarını öyrənəcəklər

Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir Azad Həsənli/

Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka İqtisadiyyat və Sənaye Nazirliyində olub.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə keçirilmiş görüşdə nazir ölkəmizdəki fəaliyyətində səfirə uğurlar arzulayıb, Azərbaycan və Çexiya arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib. Ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərlərinin önəmi vurğulanıb.

Bildirilib ki, iki ölkə arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, ticarət əlaqələri genişlənir, investisiya qoyuluşu həyata keçirilir. Nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizin qazandığı uğurlar barədə məlumat verib.

Görüş zamanı Ş.Mustafayev Ermənistan istisna olmaqla, regionun digər ölkələri ilə uğurlu əməkdaşlıq aparıldığını qeyd edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırıb.

Çexiyanın Azərbaycandakı səfiri V.Pivonka səmimi qəbul üçün minnətdarlığını bildirib, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edib, Çexiyanın Azərbaycanla qeyri-neft sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə mart ayında Çexiyanın sənaye və ticarət nazirinin Azərbaycana səfəri və iş adamları arasında biznes-forumun keçirilməsi məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti