...

“ABB-Gürcüstan” bankının aktivləri 20,5 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2015 14:39 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumu olan “ABB-Gürcüstan” bankının aktivləri 2014-cü ilin sonuna 145,9 mln. lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 20,5% çoxdur.
“ABB-Gürcüstan” bankının aktivləri 20,5 faiz artıb

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumu olan "ABB-Gürcüstan" bankının aktivləri 2014-cü ilin sonuna 145,9 mln. lari təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 20,5% çoxdur. Bu barədə Trend-ə ABB-nin mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli illik müqayisədə 10,3% artaraq, 01.01.2015-ci il tarixinə 91,8 mln. lariyə çatıb. "ABB-Gürcüstan" bankının müddətli depozitləri son bir ildə 2 dəfə artaraq 2015-ci il yanvarın 1-nə 14,75 mln. lari olub.

Ötən il ərzində bankın məcmu kapitalı artıb və cari ilin əvvəlinə 40,7 mln. lari təşkil edib. Bankın səhmdar kapitalı hesabat dövrünün sonuna 27,5 mln. lari olub.

2014-ci ilin sonuna "ABB-Gürcüstan"nın xalis mənfəəti 2,08 mln. lari təşkil edib.

Qeyd edək ki, "ABB-Gürcüstan" bankı 2006-cı ildə dövlət və vergi qeydiyyatından keçib, 2007-ci ilin fevralında Gürcüstan Milli Bankından bank əməliyyatları üçün lisenziya alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti