...

Nəqliyyatçıların maaşı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2015 16:49 (UTC +04:00)
2014-cü ildə Azərbaycanda nəqliyyat müəssisələrində işləyən muzdlu işçilərin orta sayı 73,5 min təşkil edib, onlardan 71,6 faizi dövlət müəssisələrində, 28,4 faizi özəl bölmədə çalışıb.
Nəqliyyatçıların maaşı artıb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

2014-cü ildə Azərbaycanda nəqliyyat müəssisələrində işləyən muzdlu işçilərin orta sayı 73,5 min təşkil edib, onlardan 71,6 faizi dövlət müəssisələrində, 28,4 faizi özəl bölmədə çalışıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, işçilərin 50,9 faizi yerüstü və boru kəməri, 11,7 faizi su, 16,4 faizi hava nəqliyyatı, 21,0 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2013-cü illə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 0,5 faiz artaraq 538,8 manat olub, bu göstərici hava nəqliyyatında 789,3 manat, dəniz nəqliyyatında 771,3 manat, metro nəqliyyatında 613,6 manat, avtomobil nəqliyyatında 503,7 manat, dəmir yolu nəqliyyatında isə 257,1 manat təşkil edib. Əmək haqqı metro nəqliyyatında 6,6 faiz, dəniz nəqliyyatında 3,8 faiz, avtomobil nəqliyyatında isə 2,3 faiz artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,2 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,8 faiz artaraq 734,9 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti