...

AtaBank-dan xoş sürprizlər davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Fevral 2015 18:51 (UTC +04:00)
Bankın icraçı direktoru – İdarə Heyətinin üzvü Elnur Osmanov bildirib ki, nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində aparılan kampaniya bu il də davam etdiriləcək.
AtaBank-dan xoş sürprizlər davam edir

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Son günlər hər kəsi maraqlandıran suallardan da biri "AtaBank" ASC-nin hər il olduğu kimi, bu il də nağdsız ödənişlərin artımını stimullaşdırmaq məqsədilə keçirdiyi lotereyanın davam etdirilib-etdirilməyəcəyidir. Bankın icraçı direktoru - İdarə Heyətinin üzvü Elnur Osmanov bildirib ki, nağdsız ödənişlərin stimullaşdırılması istiqamətində aparılan kampaniya bu il də davam etdiriləcək.

"AtaBank" ASC böyük sayıda müştəri sorğularının və müraciətlərinin cavablandırılması istiqamətində səylərini artırmaqda və hər zaman yüksək olan müştəri məmnunluğunu qoruyub saxlamaqdadır. E.Osmanov deyib ki, kampaniya çərçivəsində bankın plastik və kredit kartlarına maraq artmaqdadır, bununla yanaşı, bank ənənəvi bankçılıq fəaliyyətini davam etdirməkdə, istənilən valyutada əmanətlər cəlb etməkdə və kreditlər ayırmaqdadır.

Valyuta mübadiləsi ilə bağlı sualları cavablandıran E.Osmanov qeyd edib ki, bankın baş ofisi və filiallarında mübadilə adi rejimdə davam etidirilir və bununla bağlı heç bir məhdudiyyət və ya çətinlik yoxdur.

Müsahibənin sonunda E.Osmanov bu il "Nağdsız ödə, nağd qazan" kampaniyasının yeni şüarla start alacağını və müştəriləri yeni sürprizlər gözləyəcəyini bildirib. Onun sözlərinə görə, müştərilərin rəğbətini qazanmış və istənilən bank tərəfindən emissiya edilmiş adlı plastik kart sahibinin marağına sahib olan bu kampaniya çərçivəsində bu il uduşlu kuponların sayı və ümumi uduş fondunun həcmi daha da artırılıb.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti