...

Nazirlik: Məzənnə dəyişikliyi ilə əlaqədar süni qiymət artımının qarşısı alınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2015 15:54 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyi manatın məzənnəsində dəyişikliklə bağlkı açıqlama yayıb.
Nazirlik: Məzənnə dəyişikliyi ilə əlaqədar süni qiymət artımının qarşısı alınacaq

Azərbaycan, Bakı, 21 fevral /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyi manatın məzənnəsində dəyişikliklə bağlı açıqlama yayıb.

Nazirlikdən Trend-ə verilən məlumatda qeyd olunur ki, məlum olduğu kimi, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə valyuta məzənnələrində dəyişikliklər edilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilmiş və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti