...

Expressbank-ın Zolotaya Korona üzrə aksiyası davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2015 12:01 (UTC +04:00)
Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə “Hədiyyəli pul köçürmələri“ adlı aksiyası davam edir.
Expressbank-ın Zolotaya Korona üzrə aksiyası davam edir

Azərbaycan, Bakı, 10 mart /Trend/

Expressbank Zolotaya Korona təcili pul köçürmə sistemi ilə birgə "Hədiyyəli pul köçürmələri" adlı aksiyası davam edir. Aksiya çərçivəsində bir neçə müştəri qiymətli hədiyyələr qazanıb.

Aksiyanın şərtlərinə görə Expressbank filiallarında bu sistemlə ən çox pul göndərənlər planşet, minimum 100 AZN olmaqla ən çox köçürmə edənlər isə smartfon qazana biləcəklər.

Qeyd edək ki, pul göndərən və ya alan müştərilərə həmçinin Pul Kart bank kartı hədiyyə olunur. Bu karta hər təcili pul köçürmə məbləğindən asılı olaraq pul şəklində bonuslar hesablanır.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 180-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti