Azərbaycan, Bakı, 16 mart /Trend/
Öz fəaliyyətində təhsil layihələrinə, intellektual verilişlərə hər zaman xüsusi diqqət ayıran "Unibank" daha bir intellekt yarışına dəstək verir.
Bankdan Trend-ə verilən məlumata görə, gənc nəslin intellektual inkişafı və cəmiyyətin inkişafında təhsilin rolunun daha dərindən dərk olunması ideyasını aşılayan, dünyanın ən məşhur intellektual bilik yarışmalarından biri "Unibank"ın sponsorluğu ilə Azərbaycan teleməkanında yayımlanır. 30 dəfədən artıq nüfuzlu televiziya mükafatı "Emmi" laureatına layiq görülən, "Jeopardy" verilişinin lokal versiyası olan "61!" intellektual oyunu hər kəsin bankı olan - Unibank-ın dəstəyi ilə Azərbaycan Dövlət Televiziyasında yayımlanmağa başlayıb (https://www.youtube.com/watch?v=lIMfiAPhknI).
Qaliblərə təqdim olunacaq pul mükafatlarının maliyyələşdirilməsini öz üzərinə götürən Unibank iştirakçılara yarışma ərzində həm maddi, həm də mənəvi kömək olacaq.
Öz maliyyə və xidmət göstəriciləri ilə daim inkişaf yolunda olan Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "The Banker" jurnalı tərəfindən "İlin bankı" seçilib. "The Banker" jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda "Ən yaxşı riteyl bank" nominasiyası üzrə mükafatlandırıb.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən www.facebook.com/unibank.az) əldə etmək olar.