...

"Rolls-Royce Ghost Series II" modeli "ən dəbdəbəli avtomobil" adına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2015 12:53 (UTC +04:00)
Birləşmiş Krallığın ən nüfuzlu avtomobil jurnalistlərindən ibarət münsiflər heyəti “Britaniyanın ilin avtomobili” mükafatı çərçivəsində “Rolls-Royce Ghost Series II” modelini “Ən dəbdəbəli avtomobil” adına layiq görüb.
"Rolls-Royce Ghost Series II" modeli "ən dəbdəbəli avtomobil" adına layiq görülüb

Azərbaycan, Bakı, 19 mart /Trend/

Birləşmiş Krallığın ən nüfuzlu avtomobil jurnalistlərindən ibarət münsiflər heyəti "Britaniyanın ilin avtomobili" mükafatı çərçivəsində "Rolls-Royce Ghost Series II" modelini "Ən dəbdəbəli avtomobil" adına layiq görüb.

Ötən il Cenevrə avtosalonundakı debütündən sonra "Ghost Series II" modeli bütün dünya üzrə jurnalist və müştərilərin etimadını qazanmaqla, "Rolls-Royce Motor Cars" şirkətinin tarixində sayca beşinci olan rekord satış göstəricisinə nail olmağında əhəmiyyətli rol oynayıb.

"Ghost Series II" yenilənmiş, təmkinli və zövq oxşayan dizaynı, o cümlədən bir sıra əhəmiyyətli texnoloji yenilikləri ilə fərqlənir ki, bu da "Ghost" modelinin dünyanın ən uğurlu biznesmenlərinin seçiminə layiq avtomobil statusunu bir daha sübut edir. Heç bir şübhə doğurmur ki, "Ghost" super-lüks sinfinə aid ən məşhur avtomobildir (£200,000+).

Münsiflər heyətinin üzvləri öz seçimlərini belə əsaslandırır:

"Əgər "Rolls-Royce" şirkəti "qüdrətli" sözünü özünün ticarət nişanı kimi rəsmiləşdirə bilsəydi, o zaman bunu mütləq şəkildə etməli idi! Ən xırda detallaradək düşünülmüş möhtəşəm avadanlıq təchizatı axtardığınız istənilən hissi sizə yaşadacaq", - Tom Ford, "Top Gear" jurnalının redaktoru.

"Detallara olan indiyədək görünməmiş dərəcədə diqqət. Misli bərabəri olmayan nüfuz", - Fil Lanninq, "Scottish Daily Record".

""Phantom"a bənzər möhtəşəm təəssüratlar və özəllik hissi", - Entoni Efrenç-Konstan, "CAR" jurnalı.

"Digərlərinin nailiyyətlərindən asılı olmayaraq, bu, zirvədir", - Pol Barker, britaniyalı jurnalist.

Bu mükafat 2013-cü ildə nüfuzlu "WhatCar?" müsabiqəsində "Phantom Series II", 2014-cü ildə isə "Ghost Series II" modellərinin iki ardıcıl qələbəsindən sonra qazanılıb.

"2009-cu ildə "Ghost" modelinin təqdimatı ilə "Rolls-Royce" yeni bir mərhələ müəyyən edib. Bu model "Rolls-Royce" təmtərağının müasir təfsirinə üstünlük verən dünyanın ən dinamik və uğurlu biznesmenlərini cəlb edir", - deyə "Rolls-Royce Motor Cars" şirkətinin icraçı direktoru Torsten Müller-Ötvos bildirib, - "Texnologiyaların inkişafında və dizayn sahəsində əhəmiyyətli nailiyyətlərin əldə olunması baxımından 2014-cü ili çox münasib saymaq olar. Müştərilərin ilkin təəssüratları son dərəcə müsbət olub və avtomobil sənayesinin ekspertlərinin, o cümlədən media nümayəndələrinin şərhləri məni sadəcə olaraq fərəhləndirir".

"Improtex Motors" haqqında:
"Improtex" Şirkətlər Qrupunun tərkib hissəsindən biri "Improtex Motors" MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan "Improtex Motors" MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. "Improtex Motors" şirkəti BMW, "Rolls-Royce", "MINI", "Alpina" və BMW motosikllarının rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hər yeni təqdimat təmtəraqlı şəkildə qeyd edilir.
Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır.
Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərindən biri olan və 16 ildən artıq fəaliyyət göstərən "Improtex Motors", Azərbaycan avtomobil bazarında özünü etibarlı və nüfuzlu şirkət kimi ifadə edərək, uzunmüddətli peşəkar fəaliyyəti sayəsində müştərilərin etibarını və hörmətini qazanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti