...

“Rolls-Royce Wraith Inspired by Film”in xüsusi modelini Azərbaycanda sifariş etmək mümkün olacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2015 12:35 (UTC +04:00)
“New York Auto Show 2015” sərgisində “Rolls-Royce Motor Cars” şirkəti tərəfindən təqdim olunan yeni “Wraith Inspired by Film” xüsusi modelini Azərbaycandan olan müştərilər məhdud zaman ərzində sifariş edə bilərlər.
“Rolls-Royce Wraith Inspired by Film”in xüsusi modelini Azərbaycanda sifariş etmək mümkün olacaq (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

"New York Auto Show 2015" sərgisində "Rolls-Royce Motor Cars" şirkəti tərəfindən təqdim olunan yeni "Wraith Inspired by Film" xüsusi modelini Azərbaycandan olan müştərilər məhdud zaman ərzində sifariş edə bilərlər.

Trend-ə verilən məlumata görə, "Wraith Inspired by Film" modeli haqqında çəkilmiş xüsusi video-çarxda "Rolls-Royce"un zəngin mirası və dəbdəbəsi qeyd olunur. "Rolls-Royce" avtomobilləri "Goldfinger" (1964), "Sarı Rolls-Royce" (1964), "Tomas Kraunun fırıldağı" (1968) və "Möhtəşəm Qetsbi" (1974 və 2013) kimi dünya şöhrətli filmlərdə baş rolları ifa edib.

Məhdud sayda istehsal olunmuş model innovativ "Rolls-Royce Motor Cars Wraith"in buraxılışına dair hazırlanmış "Və dünya yerində dondu" filminin ("And the World Stood Still") dünyanın ən önəmli film və TV kolleksiyası sayılan Britaniya Film İnstitutunun (BFİ) milli arxivinə daxil edilməsinə həsr olunub. BFİ-nin sənədli filmlər üzrə baş kuratoru Patrik Rasselin diqqətini cəlb edən film 26-cı Beynəlxalq Vizual Kommunikasiya Assosiasiyasının (IVCA) qızıl mükafatına layiq görülüb. Rasselin sözlərinə görə, film müasir kinematoqrafiyanın valehedici bir parçasıdır və məhz buna görə də arxivə qəbul olunub.

""Rolls-Royce Wraith"in buraxılışı ilə bağlı çəkilmiş filmin BFİ-nin kolleksiyasına əlavə olunması bizi fərəhləndirir. Müasir təbliğ xarakterli korporativ film sənayesinin tanınmış və mükafata layiq görülmüş bir nümunəsi olduğundan filmi qoruyub saxlamaq üçün arxivə daxil etdik. Qüsursuz şəkildə yerinə yetirilmiş bu sənət nümunəsi film sənayesinin məhsul buraxılışının təbliğində bir vasitə kimi uğurlu istifadəsidir", -deyə P. Rassel şərh edib.

"Rolls-Royce Motor Cars" şirkətinin qlobal marketinq üzrə rəhbəri Mark Mielau bildirir: ""Və dünya yerində dondu" filminin BFİ-nin milli arxivinə əlavə olunması qürurverici haldır. Bu hadisə bir daha sübut edir ki, cəmiyyətin fikrinə əsasən, "Rolls-Royce" ehtiras, innovasiya və yaradıcılığı ilə seçilən komandaya malik "Dünyanın ən yaxşı avtomobil" istehsalçısıdır".

"Və dünya yerində dondu" filminə əsasən, "Wraith" tarixin ən qüvvətli və qabaqcıl texnologiyası ilə təchiz olunmuş "Rolls-Royce" modelidir. Barselona yaxınlığında, məxfi bir məkanda lentə alınmış film 36 kompüter və 1,5 km uzunluğunda kabel vasitəsilə çəkilib. Bütün bunlar "Wraith" modelinin texnoloji imkanlarını tam əks etdirmək üçün tələb olunub. Sosial şəbəkələrdə pərəstişkarların çoxsaylı xahişindən sonra kulis arxasında çəkilmiş kadrlar da buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti