...

Ansar Lizinq “Elektron Hökumət” portalı ilə əməkdaşlığa başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2015 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend/

"Azərbaycan Lizinq Şirkəti"-ın ( Ansar Lizinq) xidmətlərindən təcili istifadə etmək istəyirsiniz, lakin iş yerindən arayış almaq sizin üçün vaxt itkisidir? Narahatçılığa ehtiyac yoxdur, artıq siz iş yerinizdən arayış gətirmədən Ansar Lizinqə müraciət edə bilərsiniz.

Trend-ə verilən məlumata görə, şirkətlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, Ansar Lizinq "Elektron Hökumət" portalı ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq sayəsində vətəndaşlar lizinqin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.

Əldə edəcəyiniz imkanlar:

  • Evinizdən, iş yerinizdən e-gov.az portalında qeydiyyatdan keçərək, lizinq almaq üçün fərdi arayışınızı Ansar Lizinqə göndərə biləcəksiniz;
  • Qeydiyyat prosesini ofisimizdə həyata keçirərək yerindəcə lizinq almaq fürsəti qazanacaqsınız;
  • Artıq qeydiyyatdan keçmişsinizsə və kod parola maliksinizsə, əlavə vaxt itirmədən lizinq müraciətinizə baxılacaq.

Elektron hökumət portalına daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar.

Kod parolu necə almaq olar?

  • Elektron hökumət portalında (www.e-gov.az) qeydiyyatdan keçməklə;
  • paytaxtda və rayon mərkəzlərindəki bütün poçt şöbələrindən və digər qeydiyyat mərkəzlərindən;
  • Ansar Lizinqdən.

www.e-gov.az portalında qeydiyyatdan keçmək və fərdi arayışı formalaşdırmaq çox sadədir. Bunun üçün www.e-gov.az elektron hökumət portalına daxil olmaq, qeydiyyat prosedurunu tamamlamaq və "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə arayışı formalaşdırıb elektron şəkildə Unibank-a göndərmək kifayətdir.

Məlumat Hesablama Mərkəzi ilə Ansar Lizinq arasında imzalanan müqavilənin şərtlərinə görə, ofis binamızda da "Elektron hökumətin" qeydiyyat məntəqəsi fəaliyyət göstərir. Bunun sayəsində lizinq üçün müraciət edən vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməklə, kod parol olan zərfləri yerindəcə əldə edə bilirlər. Biz isə öz növbəsində vətəndaşın "Elektron Hökumət" portalındakı məlumatlarına əsasən, dərhal onun lizinqlə bağlı müraciətini cavablandırırıq.

"Elektron hökumət" portalından qeydiyyatdan keçərkən rastlaşa biləcəyiniz sualların cavablandırılmasında yüksək səviyyədə təlimatlandırılmış əməkdaşımız sizə yardımçı olacaq.

Layihənin icrasına ilk lizinq şirkəti olaraq Ansar Lizinq MHM ilə əməkdaşlığa başlamışdır.

Şirkətimiz Bakı şəh, Nərimanov Rayonu, Akademik Həsən Əliyev küç.90A - da yerləşir.

Daha ətraflı məlumat almaq üçün (012) 404 54 54 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti