Azərbaycan, Bakı, 10 aprel /Trend/
Caspian European Club aprelin 15-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun sədrliyi ilə biznes-forum keçirəcək.
"Biz Caspian European Club-un üzv şirkətlərinə göstərdiyi daimi dəstəyə görə SOCAR-ın rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk", - deyə Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər həmçinin Azərbaycanın neft-qaz sahəsi ilə bağlı onları maraqlandıran suallara cavab almaq, mövcud problemləri müzakirə etmək və həll yollarını tapmaq, o cümlədən ARDNŞ ilə biznes arasında fəal dialoqun yaradılması üçün təkliflər irəli sürmək imkanı əldə edəcək.
Caspian European Club-un üzv şirkətləri ilə yanaşı, tədbirdə klubla əməkdaşlığa dair razılığı olan təşkilatlar, xüsusilə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası, ATİB, TUSİAB və Azərbaycan Sığortaçılar Assosiasiyası da iştirak edə bilərlər.
Biznes-forumda iştirak etmək istəyən Caspian European Club-a və həmkar təşkilatlara üzv olmayan şirkət rəhbərləri aprelin 14-dək Caspian European Club-a müraciət edə bilərlər: [email protected]