...

Expressbank-ın SmileCard sahiblərinə endirimlər təqdim olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2015 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Expressbank-ın SmileCard taksit kartı ilə tərəfdaş axtarmağa ehtiyac yoxdur. Bankdan Trend-ə verilən məlumata görə, bu kart dünyanın istənilən yerində keçərlidir. Həmçinin SmileCard sahibləri bir sıra ticarət / xidmət mərkəzlərində əlavə imkanlar və endirimlər əldə edə bilərlər. Mərkəzlər barədə məlumat mütəmadi olaraq Facebook səhifəsinə yerləşdirilir - www.facebook.com/SmilecardTaksit?fref=ts.

"Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" sloqanı ilə bazara təqdim edilən kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği isə 3000 AZN təşkil edir.

Məhsulun şərtlərinə görə, müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir.

Qeyd edək ki, ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 6500-dək POS terminal və 200-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti