...

Bank VTB (Azərbaycan) "Sərfəli Yay" depozit aksiyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2015 13:30 (UTC +04:00)
Bank VTB (Azərbaycan) "Sərfəli Yay" yeni depozit aksiyasına start verib.
Bank VTB (Azərbaycan) "Sərfəli Yay" depozit aksiyasına başlayıb

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Bank VTB (Azərbaycan) "Sərfəli Yay" yeni depozit aksiyasına start verib. Bankdan Trend-ə verilən məlumata görə, aksiya müştərilərə sərfəli şərtlərlə manatla əmanət yerləşdirməyə imkan verir. İyulun 20-ə kimi davam edəcək "Sərfəli Yay" aksiyası "Sərfəli" depozit məhsulu proqramı çərçivəsində keçirilir.

Belə ki, "Sərfəli" depoziti üzrə 12 ay müddətinə manatla əmanət yerləşdirən müştərilər aksiya çərçivəsində əlavə bonus faizləri qazanacaq. Bonus faizləri ilə birgə "Sərfəli" əmanəti üzrə faiz dərəcəsi faizlər aylıq ödənildikdə illik 13,5% təşkil edəcək. Faizlər müddətin sonunda ödənildikdə əmanət üzrə faiz dərəcəsi 14% olacaq.

Əmanətlərini dollarla yerləşdirməyə üstünlük verən müştərilər də "Sərfəli" depozit məhsulundan istifadə edə bilər. "Sərfəli" depoziti müştərilərə dollarla olan əmanətlər üçün yüksək faiz dərəcələri təklif edir. Əmanət 12 aylıq yerləşdirildiyi halda ödəniş şərtindən asılı olmayaraq depozit üzrə faiz dərəcəsi illik 12% təşkil edir.

Həmçinin, depoziti fərqli faiz dərəcələri ilə 6 və 9 ay müddətinə açmaq olar. Əmanət üzrə minimal məbləğ 300 manat (dollar) olmalıdır.

"Biz hər zaman müştərilərə müxtəlif məhsullar üzrə ən sərfəli şərtlər təklif etməyə çalışırıq. Bizim yeni təklifimiz vəsaitin həm dollar, həm manatla artırılması üçün uğurlu yatırımdır. Hazırda bu təklif ölkənin bank sektorunda ən sərfəli təkliflərdən biridir. Ən əsası isə Bank VTB (Azərbaycan) öz müştərilərinin əmanətlərini həm qoruyan, həm artıra bilən etibarlı bankdır", - deyə Bank VTB-nin (Azərbaycan) İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti