...

"Rolls-Royce" yeni "Limelight" məhdud avtomobil kolleksiyasını təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2015 17:32 (UTC +04:00)
“Phantom Limelight” kolleksiyası 25 avtomobildən ibarətdir və tezliklə onları dünya üzrə “Rolls-Royce Motor Cars” dilerlərindən, o cümlədən Azərbaycanda sifariş etmək mümkün olacaq.
"Rolls-Royce" yeni "Limelight" məhdud avtomobil kolleksiyasını təqdim edir

Azərbaycan, Bakı, 8 may /Trend/

Əsl ingilislərə xas mühəndis ustalığı və bədii yaradıcılıq ruhu "Rolls-Royce"un vətəni olan Qudvudda çalışan "Bespoke" komandası üçün "Bespoke Phantom" kolleksiyasını yaratmaqlarında ilham mənbəyi olub.

"Rolls-Royce Phantom Limelight" kolleksiyasının avtomobilləri hər zaman ictimaiyyətin diqqət mərkəzində olan insanlar üçün nəzərdə tutulub. Kolleksiyaya ad sonradan "şöhrət" sözünün sinonimi olmuş məşhur ingilis kəşfindən ilhamlanaraq verilib. "Limelight" effekti XIX əsrin 20-ci illərində Viktoriyan dövrünün nümunəvi centlmeni, tanınmış ingilis alimi və ixtiraçısı Ser Qoldsuorsi Qörni tərəfindən kəşf edilib. Bu kəşf Londonda, Kovent-Qardenda yerləşən teatrlarda səhnənin işıqlandırılmasında inqilabi dəyişikliklərə səbəb olub. Belə ki, səhnədə baş rolda çıxış edən aktyoru parlaq işıq axını vasitəsilə işıqlandıraraq bütün diqqəti ona cəlb etmək imkanı yarandı. Məhz buradan "rampanın işığında olmaq" ("in the limelight") və ya "diqqət mərkəzində olmaq" ifadəsi yaranıb.

Mart ayında Cenevrə avtosalonunda təqdimatı baş tutmuş "Phantom Serenity" modeli ilə birgə "Limelight" kolleksiyasına daxil olan avtomobillər də "Phantom"un dünyanın ən yaxşı avtomobili adına layiq olduğunu bir daha sübut edir. "Rolls-Royce"un vətəni sayılan Qudvudda çalışan "Bespoke" dizayn komandası gündəlik olaraq qlobal əhəmiyyətli qərarlar qəbul edən nüfuzlu insanların dinamik həyat tərzi və vərdişləri ilə bağlı bilik və təcrübələrinə əsaslanaraq bu cür insanların işgüzar həyat fəaliyyətinin tələblərinə birbaşa xidmət edəcək 25 dəbdəbəli avtomobildən ibarət kolleksiya yaradıb.

"Limelight" kolleksiyasına aid olan avtomobillər dünyanın ən tələbkar müştərilərini - "Rolls-Royce" müştərilərini heyran edəcək yeni standartlar müəyyən edir. Dəbdəbəli avtomobil sinfində yeni etalon olan "Limelight" kolleksiyasını yaratmaqla "Bespoke" komandası "Rolls-Royce" şirkətinin fəaliyyətində mühüm rol oynadığını bir daha əyani olaraq sübut etdi.

"Rolls-Royce Motor Cars" şirkəti daim dünyanın ən dəbdəbəli avtomobil müştərilərinin - hər zaman hərəkətdə olan və əhəmiyyətli qərarlar qəbul etməyə hazırlaşan insanların tələblərini anlamağa və onları üstələməyə çalışır. Bu cür müştərilərin tələblərini nəzərə alan şirkətin dizaynerləri avtomobil salonunun təşkili ilə bağlı "Phantom Suite" konsepsiyasını yaradıblar. Arxa qapılarda yerləşən unikal fərdiləşdirilmiş baqaj bölməsi hər hansı mühüm tədbir üçün gərəkli olacaq şəxsi əşyaları yerləşdirməyə imkan verir. Oturacaqların yeni, daha rahat konfiqurasiyaları təyinat nöqtəsinə çatanadək istirahət etməyə şərait yaradır.

"Phantom" modellərinin tarixində ilk dəfə olaraq "Bespoke" dizayn komandası "Rolls-Royce Motor Cars" şirkətində fəaliyyət göstərən sənətkarların dünyada tanınan istedadlarının əyani nümunəsi olaraq özəlliklə "Limelight" kolleksiyası avtomobillərinin interyerinin işlənməsi üçün iki növ ağacdan hazırlanmış panel təklif ediblər. "Piano Seashell" adlı ağacdan hazırlanmış və yalnız bu kolleksiya üçün nəzərdə tutulmuş panellər qapı keçidlərini bəzəməklə iki rənglə işlənmiş dəri salonla ahəng yaradır. İlk dəfə "Phantom" avtomobillərinin salonunun işlənməsində istifadə olunmuş "Smoked Chestnut" panelləri avtomobilin zərif dizaynını tamamlayır.

Xüsusilə "Phantom Limelight" üçün hazırlanmış "Limelight Bespoke" saatının dizaynı kolleksiyaya xas brilyant formalı naxış və avtomobilin gövdəsinin boyandığı dolğun "Gala Blue" çaları ilə tam səsləşir.

"Improtex Motors" haqqında:

"Improtex" Şirkətlər Qrupunun tərkib hissəsindən biri "Improtex Motors" MMM-dir. Əsas fəaliyyəti premium sinifli avtomobilləri ilə bağlı olan "Improtex Motors" MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. "Improtex Motors" şirkəti BMW, "Rolls-Royce", "MINI", "Alpina" və BMW motosikllarının rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hər yeni təqdimat təmtəraqlı şəkildə qeyd edilir.

Hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 3 sərgi-satış salonu və servis mərkəzi vardır.

Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərindən biri olan və 16 ildən artıq fəaliyyət göstərən "Improtex Motors", Azərbaycan avtomobil bazarında özünü etibarlı və nüfuzlu şirkət kimi ifadə edərək, uzunmüddətli peşəkar fəaliyyəti sayəsində müştərilərin etibarını və hörmətini qazanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti