...

Bakıda borclu vergiödəyicinin əmlakı siyahıya alındı

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2015 19:35 (UTC +04:00)
Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Dərnəgül şosesi, 1222, ev 12 ünvanında yerləşən Ağayev Ağa Əliəşrəf oğluna məxsus topdansatış obyektində əmlakın siyahıya alınması tədbiri keçirilib.
Bakıda borclu vergiödəyicinin əmlakı siyahıya alındı

Azərbaycan, Bakı, 13 may /Trend/

Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Dərnəgül şosesi, 1222, ev 12 ünvanında yerləşən Ağayev Ağa Əliəşrəf oğluna məxsus topdansatış obyektində əmlakın siyahıya alınması tədbiri keçirilib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, vergi orqanları tərəfindən ötən ilin oktyabr ayında ödəyicinin fəaliyyəti araşdırılarkən onun 3 milyon 871 min 101.14 manat vergi borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsi barədə ona bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 2015-ci ilin may ayının 4-də əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb.

Vergi orqanı əməkdaşları tərəfindən topdansatış obyektində olan 233 min 680 manat məbləğində müxtəlif növ divar kağızları müvafiq qaydada siyahıya alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti