...

Sirena Motors” möhtəşəm uduş kampaniyasının ilk mərhələsinə yekun vurub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2015 11:40 (UTC +04:00)
May ayının 16-da “Sirena Motors”un Xırdalanda yerləşən mərkəzi satış salonunda möhtəşəm uduş kampaniyasının ilk mərhələsi keçirilib.
Sirena Motors” möhtəşəm uduş kampaniyasının ilk mərhələsinə yekun vurub (FOTO)

May ayının 16-da "Sirena Motors"un Xırdalanda yerləşən mərkəzi satış salonunda möhtəşəm uduş kampaniyasının ilk mərhələsi keçirilib.

"APA-Economics"in xəbərinə görə, "Sirena Motors" kampaniyaya 2014-cü ilin fevral ayından etibarən start verib. Uduş kampaniyası çərçivəsində 10 ədəd avtomobil, 10 ədəd iPhone 5S, 10 ədəd noutbuk, 10 ədəd planşet, 10 ədəd fotoaparat uduş fonduna daxil edilib.

Xatırladaq ki, sözügedən kampaniya yalnız "Sirena Motors"dan avtomobil alan şəxslər üçün keçirilir.

Mayın 16-da oynanılan lotereya çərçivəsində 4 avtomobil, 4 ədəd iPhone 5S, 4 ədəd noutbuk, 4 ədəd planşet, 4 ədəd fotoaparat oynanılıb.

Lotereyanın ilk mərhələsində qalib gəlməyən kuponlar növbəti mərhələdə etibarlı sayılır. Lotereyanın növbəti mərhələsi sentyabr ayında keçiriləcəkdir.

Qeyd edək ki, 2013-cü ildə yaranan "Sirena Motors" Çinin 7 nəhəng avtomobil şirkəti (Changan, GAC , BAİC, MG, GEELY, ZX AUTO və FAW markaları) ilə əməkdaşlıq edir və onların Azərbaycanda rəsmi distributorudur.

Ətraflı məlumat üçün 1630 qısa nömrəsinə müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti