...

Şahin Mustafayev Şəkidə vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2015 21:17 (UTC +04:00)
İyunun 5-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şəkidə Oğuz, Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Şahin Mustafayev Şəkidə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 1 iyun /Trend/

İyunun 5-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Şəkidə Oğuz, Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Şəki Olimpiya İdman Kompleksində (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Şəki-Zaqatala regional bölməsi (Ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi, 8, əlaqələndirici şəxs Qalib Məsimov, əlaqə telefonu: (02424) 4-27-11, (050) 391-75-72, faks: (02424) 4-37-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və "facebook" səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat və Sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Xəbər lenti

Xəbər lenti